Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2023 22:22
Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Teleqram kanallarına 50 mindən çox Ermənistan vətəndaşı üzvdür.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ermənistan İstintaq Komitəsinin sədri Argişti Karamyan bildirib.
Narkotiklərin qanunsuz dövriyyəsi nəticəsində əldə olunan vəsaitin ümumi həcmi 3 milyard dramdan (təxminən 7,5 milyon dollar - red.) çoxdur.
Araşdırmalar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 onlayn platforma müəyyən edilib.