Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2023 16:46
ABŞ-da bir qadın ayda iki dəfə hamilə qalıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərindən olan 26 yaşlı Di Mişel adlı qadın 2020-ci ildə ilk dəfə hamilə olduğunu öyrənib. Lakin bir müddət sonra Mişelin vəziyyəti kəskin şəkildə pisləşib. O, bətnindəki övladının sağlamlığından qorxaraq təcili xəstəxanaya gedib. Həkimlər qadını müayinə edərək onun ikinci dəfə hamilə olduğunu müəyyən ediblər.
Ultrasəs müayinəsi Mişelin üçəm olduğunu göstərib. Bunun səbəbi superfetasiya idi. Yəni hamiləliyin başlamasından bir müddət sonra ana bətnində ikinci yumurta döllənib.