Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Səssiz qatil"dən həyəcan SİQNALI - Hər 3 nəfərdən biri...

Tarix: 10 Oktyabr 2023 22:18

Ümumdünya Səhiyyə Təşkilatının dərc etdiyi son hesabata görə, "səssiz qatil" adlandırılan yüksək qan təzyiqi bütün ölkələrdə qorxulu həddə çatıb. Məlumata görə, hər üç nəfərdən biri hipertoniyadan əziyyət çəkir və onların 80 faizi effektiv müalicə almır. Bəs niyə yüksək qan təzyiqi bu qədər artıb? Gənclərdə yüksək təzyiq müşahidə olunurmu? 

Yüksək qan təzyiqi (hipertoniya) bir çox səbəbə görə yaranan yüksək təzyiq olaraq bilinir. Sistolik qan təzyiqinin 140 mmHg-dən çox olması və diastolik təzyiqin 90 mmHg-dən çox olması yüksək qan təzyiqi hesab olunur. Ancaq son illərdə bu limitin daha da aşağı salındığına dair konsensus yaranmağa başladı. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən nəşr olunan yüksək qan təzyiqi ilə bağlı ilk geniş hesabatda da xəstəliyin gedişi ilə bağlı mühüm məlumatlar verilir. Hesabata görə , "səssiz qatil" dünyada hər üç yetkin insandan birinə təsir edir . Tez-tez insult, infarkt, ürək çatışmazlığı və böyrək zədələnməsi kimi bir sıra digər sağlamlıq problemlərinə səbəb olur. 

ÜST-nin baş direktoru Dr. Tedros Adhanom Ghebreyesus açıqlamasında dedi: "Hipertoniya sadə və ucuz dərman rejimləri ilə effektiv şəkildə idarə oluna bilər. Lakin hipertoniyadan əziyyət çəkən hər beş nəfərdən yalnız biri öz xəstəliyindən xəbərdardır və onu nəzarətdə saxlayır". 

Dr. Tedros hipertoniya haqqında məlumatlılığın artırılması və geniş yayılmış müalicə  ilə 2023-2050-ci illər arasında 76 milyon ölümün qarşısını ala biləcəyini ifadə etdi.

Milli.Az Referans.az-a istinadən yüksək qan təzyiqinin səssizcə yüksəlməsinin ən bariz beş səbəbini təqdim edir:

1 - Daha stresli həyat tərzi: Müasir həyat tərzi, iş stresi, sosial təzyiqlər, nizamsız yemək vərdişləri və hərəkətsizlik kimi amillər yüksək təzyiq riskini artırır.

2 - Piylənmə və pis yemək vərdişləri: Yüksək duz, şəkər və yağ ehtiva edən bir pəhriz və piylənmə hipertoniyanı artırır. Əslində, fast food, işlənmiş qidalar və hazır içkilərin yayılması qeyri-sağlam qidalanma vərdişlərinə təkan verir, yüksək təzyiqə səbəb olur.

3 - Fiziki aktivliyin azalması: Oturma işinin artması, texnologiyanın inkişafı və nəqliyyatın asanlaşması kimi faktorlar insanların fiziki aktivlik səviyyəsini aşağı salıb. Müntəzəm olaraq idman etməmək hipertoniya riskini ciddi şəkildə artırır.

4 - Siqaret və spirt istehlakı: Siqaret çəkmək və həddindən artıq spirt istehlakı yüksək təzyiqin əsas səbəbləridir...

5 - Yaşlanma: Yaşlandıqca damarların elastikliyi azalır və təzyiq yüksəlməyə meyllidir. Deyə bilərik ki, insanların ömür uzunluğu artdıqca, hipertoniyadan əziyyət çəkən ahıl əhali də artır.

Milli.Az


Etiketlər:  Səssiz qatildən həyəcan SİQNALI Hər 3 nəfərdən biri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ