Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəzzada köçkünlərin sayı 260 minə çatdı

Qəzzada köçkünlərin sayı 260 minə çatdı

Tarix: 11 Oktyabr 2023 13:50

İsrailin bombardmanları nəticəsində 260 min nəfər Qəzza zolağındakı evlərini tərk etmək məcburiyyətində qalıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə BMT-dən məlumat verilib.

"Hesablamalara görə, 263 934 nəfər Qəzzada məcburi köçkündür. Onların sayının artacağı istisna olunmur", - məlumatda qeyd olunub.

Jurnalistlərin Müdafiəsi Komitəsinin məlumatında qeyd olunub ki, HƏMAS-ın hücumlarından bəri Qəzza sektorunda 7 jurnalist öldürülüb.

Məlumata görə, daha 2 jurnalist yaralanıb, 2-si isə HƏMAS tərəfindən girov götürülüb.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS "İslami-Cihad"la birgə İsrailə qarşı "Əqsa tufanı" əməliyyatına başlayıb. Nəticədə çoxsaylı insan ölüb və yaralanıb.

İsrail ordusu isə HƏMAS-ın Qəzzadakı mövqelərinə zərbələr endirir.


Etiketlər:  Qəzzada köçkünlərin sayı minə çatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ