Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Suriyada Türkiyə PUA-sını vuran qırıcı bu ölkədən HAVAYA QALXDI

Suriyada Türkiyə PUA-sını vuran qırıcı bu ölkədən HAVAYA QALXDI

Tarix: 12 Oktyabr 2023 14:46

Suriya üzərində Türkiyə PUA-sını vuran ABŞ qırıcısı İordaniyadan havaya qalxıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Təyyarə İordaniyadan havaya qalxıb", - deyə mənbə bildirib.

Belə ki, nazirlik ABŞ təyyarəsinin Türkiyədəki "İncirlik" aviabazasından havaya qalxa biləcəyi ilə bağlı daha əvvəl mediada yer alan iddiaları təkzib edib.

"Qırıcının "İncirlik"dən havaya qalxması fərziyyədir. Bundan söhbət gedə bilməz", - deyə Müdafiə Nazirliyi əlavə edib.

Qeyd edək ki, oktyabrın 5-də Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib ki, ABŞ "F-16" qırıcısı Suriya səmasında Türkiyəyə məxsus pilotsuz təyyarəni vurub.

Milli.Az


Etiketlər:  Suriyada Türkiyə PUA sını vuran qırıcı bu ölkədən HAVAYA QALXDI


RƏYLƏR