Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaur efirdə Nazilə ilə Fatiməni barışdıra bilmədi - VİDEO

Zaur efirdə Nazilə ilə Fatiməni barışdıra bilmədi - VİDEO

Tarix: 12 Oktyabr 2023 21:25

Xəbər verdiyimiz kimi, şairə Nazilə Səfərli qalmaqal yaşadığı rəqqasə Fatimə Fətəliyevaya keçirilən Apellyasiya Məhkəməsində qalib gəlib. Qərara əsasən, rəqqasə qarşı tərəfdən üzr istəməli və 500 manat təzminat ödəməlidir.

Sonxeber.net bizim media-ya istinadla xəbər verir ki, Zaur Baxşəliyev aparıcısı olduğu "Bizimləsən" ictimai-sosial verilişdə rəqqasə ilə şairəni barışdırmağa cəhd göstərib.

Fatimə proqramda qonaq olduğu zaman Zaur canlı efirdə Naziləyə zəng vurub. Aparıcı tərəflərin küsülülüyə son qoymalarını istəyib. N. Səfərli isə "Zaur, nitqin bitdisə, salamat qal. İnşallah xeyir işlərdə görüşərik" cavabını verərək telefonu onun üzünə söndürüb.  

Fatimə isə Nazilə ilə barışmaq arzusunda olmadığını bildirib.

Xatırladaq ki, Nazilə məhkəmədə iddia qaldıraraq, Fatimədən 50 min manat təzminat istəyib. Şairə məhkəmədə qalib gəlib, Fatimə isə Apellyasiya məhkəməsinə müraciət edib. Ötən gün isə Nazilə Apellyasiya məhkəməsində qalib gəldiyini açıqlayıb. Məhkəmə şairənin istədiyi 50 min manatlıq təzminatı isə 500 manata endirib.

Qeyd edək ki, Nazilə ilə Fatimə arasındakı qalmaqala səbəb şairənin sosial şəbəkə hesabında yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz.

Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Masaların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan "dingildədiyin" masalar qırılar. Bağışla!" sözlər olub.

Bundan sonra Fatimə səhifəsində canlı yayım açaraq bu kəlmələrin ona aid olduğunu bildirib.


Etiketlər:  Zaur efirdə Nazilə ilə Fatiməni barışdıra bilmədi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ