Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2023 21:58
Qəzzada 2500-dən çox ev dağıdılıb və ya o dərəcədə zədələnib ki, yaşayış üçün yararsız hala düşüb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
"Qəzzada 2500-dən çox ev dağıdılıb və ya ciddi şəkildə zədələnib, yaşayış üçün yararsız hala düşüb. 23 minə yaxın digər ev isə orta və ya kiçik ziyana məruz qalıb", - deyə o bildirib.
Düjarrik həmçinin qeyd edib ki, ən azı 88 təhsil müəssisəsi bombardmana məruz qalıb.