Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni hərbçi: Əməliyyat zamanı belə aldadıldıq

Erməni hərbçi: Əməliyyat zamanı belə aldadıldıq

Tarix: 13 Oktyabr 2023 12:48

Qarabağda sülhməramlıların arxasında gizlənərək təxribatlar törədən erməni terrorçu Karen Ambardsumyan Ordumuzun sentyabrın 19-20-də keçirdiyi antiterror əməliyyatından danışıb.

Sonxeber.net globalinfo.az-a istinadən xəbər verir ki, o, Azərbaycan Ordusunun hücumu zamanı mühasirəyə düşdüklərini deyib.

"Xocavənddə mühasirədə idik, çıxmaq mümkün deyildi. Ruslar gəlib bizi mühasirədən çıxardılar. Onlar bütün postları tərk-silah etdilər, hamımızı toplayıb apardılar", - o bildirib.

Mühasirədə olduqlarını və sülhməramlıların sayəsində sağ qaldığını etiraf edən Ambardsumyan absurd fikir səsləndirirək, guya mübarizə aparmaq istədiklərini iddia edib:

"Bizə dedilər ki, təslim olmasanız, qadınlar, uşaqlar öləcək. Ona görə ağlaya-ağlaya silahı yerə qoyduq. Lakin sonradan bildik ki, bizim rəhbərlik qadınlar və uşaqlarla bağlı bu iddianı bizi hədələmək üçün uydurub".

Qeyd edək ki, Azərbaycan Ordusu sentyabrın 19-da ildırımsürətli əməliyyatla Qarabağda terrorçuların istifadə etdikləri yolları nəzarətə götürüb, mövqelərini sıradan çıxarıb və hərəkətlərini məhdudlaşdırıb. Hərbi ekspertlər Ordumuzun bu əməliyyatını dünya hərb tarixində yeni rekord kimi qiymətləndiriblər.

Qarabağdakı separatçı rejim də erməni silahlıların həyatını xilas etmək üçün təslim olub.


Etiketlər:  Erməni hərbçi Əməliyyat zamanı belə aldadıldıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ