Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2023 17:26
Qətər əmiri Təmim bin Həməd əs-Saninin ötən gün müraciətində Qəzzanın bombalanması ilə bağlı sözləri təhrif edilib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Əmirliyin yaydığı açıqlamada bildirilib.
Belə ki, Təmim Həməd əs-Sani vətəndaş müharibələri və irqçiliyin doğurduğu köçkünlük haqda danışıb və bunu qəbuledilməz adlandırıb, eyni zamanda Qəzzanın bombalanması nəticəsində mülki şəxslərin ölməsini, humanitar fəlakəti qabardaraq, bunu pisləyib.
Qeyd edək ki, Qətər əmirinin guya "Qəzzanın bombalanması dayanmasa, biz dünyanın qaz təchizatını dayandıracağıq" deyə açıqlama verdiyi iddia edilmişdi.