Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AVRO-2024: İtaliya, Ukrayna və Danimarka qələbə qazanıb

AVRO-2024: İtaliya, Ukrayna və Danimarka qələbə qazanıb

Tarix: 15 Oktyabr 2023 10:28

AVRO-2024-ün seçmə mərhələsində VII tura yekun vurulub.

Milli.Az report-a istinadən xəbər verir ki, C, G və H qruplarında ümumilikdə 7 qarşılaşma keçirilib.

Son qitə çempionu İtaliya Maltanı məğlub edib. C qrupunun digər görüşündə Ukrayna Şimali Makedoniyanı üstələyib.

G qrupunda Litva Bolqarıstanı, Macarıstan Serbiyanı yenib.

H qrupunda isə Şimali İrlandiya San Marinonu, Sloveniya Finlandiyanı və Danimarka Qazaxıstanı məğlubiyyətə uğradıb.

Bu qruplarda final mərhələsinə vəsiqə qazanacaq komandaların adlarına növbəti turlarda aydınlıq gələcək.

AVRO-2024, seçmə mərhələ

VII tur

C qrupu

Ukrayna - Şimali Makedoniya 2:0

İtaliya - Malta 4:0

Xal durumu: İngiltərə - 13 (5 oyun), İtaliya - 10 (5), Ukrayna - 10 (6), Şimali Makedoniya - 7 (6), Malta - 0 (6)

G qrupu

Bolqarıstan - Litva 0:2

Macarıstan - Serbiya 2:1

Xal durumu: Macarıstan - 13 (5), Serbiya - 10 (6), Monteneqro - 8 (5), Litva - 5 (6) Bolqarıstan - 2 (6)

H qrupu

Şimali İrlandiya - San Marino 3:0

Sloveniya - Finlandiya 3:0

Danimarka - Qazaxıstan 3:1

Xal durumu: Sloveniya - 16 (7), Danimarka - 16 (7), Finlandiya - 12 (7), Qazaxıstan - 12 (7), Şimali İrlandiya - 6 (7), San Marino - 0 (7)

Milli.Az


Etiketlər:  AVRO 2024 İtaliya Ukrayna Danimarka qələbə qazanıb


RƏYLƏR