Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lalə Məmmədova: ''Gecə həyatım olmadığına görə qınanmışam'' - VİDEO

Lalə Məmmədova: ''Gecə həyatım olmadığına görə qınanmışam'' - VİDEO

Tarix: 15 Oktyabr 2023 10:50

"Mən onsuzda elə bir xarakterə malik olmamışam ki, ətrafım insanlarla dolu olsun. Dostluq anlayışı mənim üçün tamam başqadır. Atamdan elə görmüşəm əgər bir insanla duz-çörək kəsmisinizsə, onun mənəvi dəyəri çox böyükdür. İnsan bir çörəyi kəsib yeyirsə, birinci dəyər elə oradan başlayır".  

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova qonaq olduğu "Yaşananlar" verilişində deyib.  

Heç zaman "gecə həyatı" yaşamadığını söyləyən sənətçi, bəzi dost adlandırdığı insanlar barəsində yanıldığını söyləyib:

"Mənim ətrafımda heç zaman çox sayda insan olmayıb. Bunu məni tanıyan hər bir insan bilir. Ulduzlara xas gecə həyatım olsun, gedim dostlarımı başıma yığım kimi bir şey heç zaman olmayıb.  
Hətta buna görə məni qınayanlar da olub. İşim bitib qaçmışam evə. Evdə uşaqlarımın yanında olmaq istəmişəm. Dostum stilist Elnur Həsənov hər zaman bunun üstündə məni danlayır ki, "Lalə, axı sən niyə belə edirsən?". Balıq bürcü olduğumdan bir az başqayam. İnsanların üstünə atılım, onlarla qaynayım-qarışım kimi bir xüsusiyyətim yoxdur.  

Mən kənardan durub insanı seyr etməliyəm, onun ruhunu hiss etməliyəm. Misal üçün Elnur Həsənovla da bizim münasibətimiz belə oldu. Sonradan onunla çox gözəl və möhkəm dostluğumuz yarandı. Amma təəssüf ki, yanıldığım dostlarım da var".  

Qeyd edək ki, Lalə Məmmədovanın iki qız övladı var.  

Milli.Az


Etiketlər:  Lalə Məmmədova Gecə həyatım olmadığına görə qınanmışam VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ