Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BŞ-dan İsrailə çağırış: Müharibə qaydalarına əməl et!

BŞ-dan İsrailə çağırış: Müharibə qaydalarına əməl et!

Tarix: 15 Oktyabr 2023 12:20

ABŞ İsraili Qəzza zolağında pisləşən humanitar böhranla əlaqədar müharibə qanunlarına əməl etməyə çağırıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Pentaqon məlumat yayıb.

Bildirilib ki, çağırış ABŞ müdafiə naziri Lloyd Ostinlə israilli həmkarı arasında baş tutan telefon danışığında səsləndirilib.

"Ostin müharibə qanunlarına riayət etməyin vacibliyini, o cümlədən mülki şəxslərin müdafiəsi ilə bağlı öhdəlikləri, həmçinin Qəzzada pisləşən humanitar böhranı müzakirə edib", - açıqlamada deyilib.

Eyni zamanda, Ostin ABŞ-ın İsrailə davamlı dəstəyinə sadiqliyini vurğulayıb və İsrail ordusuna silah tədarükünün davam etdiriləcəyini bildirib.


Etiketlər:  İsrailə çağırış Müharibə qaydalarına əməl


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ