Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Afaq Gəncəli qayıdır

Afaq Gəncəli qayıdır

Tarix: 15 Oktyabr 2023 23:25

Aparıcı Afaq Gəncəli uzun fasilədən sonra qayıdır. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, bu haqda "Xəzər TV"yə açıqlamasında deyib. Afaq bildirib ki, yenidən maqazin verilişi ilə tamaşaçıların qarşısına çıxacaq:

"Özümü əla hiss edirəm, bol enerji toplamışam. Çoxlu xəbərlər, maraqlı layihə və maqazin verilişi sizi gözləyir. Fərqli tərzdə olacaq".

Qeyd edək ki, Afaqın iki ilə yaxındır maqazin verilişinin yayımı dayanıb. O, ötən mövsüm səhər proqramı ilə tamaşaçıların qarşısına çıxırdı. Afaq ATV-də "Onlar", "Xəzər TV"də isə "Şourum" maqazin verilişinə aparıcılıq edib. 

Milli.Az


Etiketlər:  Afaq Gəncəli qayıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ