Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2023 21:06
İsrail Müdafiə Qüvvələri HƏMAS hərəkatının əsas hərbi liderlərindən biri Ayman Nofəlin öldürüldüyünü açıqlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hərbçilər onun terror qruplaşmasının hərbi lideri Məhəmməd Deyfə yaxın olduğunu xatırladıblar.
Nofəl (həmçinin Əbu Məhəmməd kimi tanınır) HƏMAS hərbi şurasının üzvü və HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının mərkəzi komandanlığının rəhbəri idi. O, sıravi israillilərə və ölkənin təhlükəsizlik qüvvələrinin üzvlərinə qarşı terror hücumlarına, silahların hazırlanmasına və istehsalına görə məsuliyyət daşıyırdı.
Qeyd edək ki, Nofəl indiyədək 7 oktyabr hücumundan sonra öldürülən HƏMAS-ın ən yüksək rütbəli məmurudur.