Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2023 21:40
"Yaqut ailə sirrini heç kimə demirdi. Ancaq məcbur olanda danışırdı. Atası deyir ki, ay qızım, yola getmirsiz, ayrılın. Bir ay idi evdən qovmuşdu. Polis çağmışdı. Yenə də gəldi yalvardı".
Sonxeber.net olay-a istinadla xəbər verir ki, bu sözləri ərinin qətlə yetirdiyi müğənni Yaqut Nərimanın anası "Elgizlə izlə" verilişində deyib.
O, qızı ilə sonuncu dəfə hadisə baş verən günün səhəri danışdığını vurğulayıb:
"Mənə dedi ki, hazırlaş, gəlib səni həkimə aparıram. Üstündən bir az keçmişdi bu hadiə yaşandı. Doğma bacım oğludur. Onun başına gələnlərin günahkarı elə bacımdır. Hər zaman onu öyrədirdi. Nə onlar, nə də biz istəmirdik evlənsinlər".