Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2023 00:38
ABŞ Qəzzada Fələstinin radikal HƏMAS hərəkatına qarşı əməliyyatlar apararkən İsraili müharibə qanunlarına əməl etməyə çağırır.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsünün müavini Sabrina Sinq deyib.
Onun sözlərinə görə, Pentaqonun rəhbəri Lloyd Ostin hazırda İsrailin müdafiə nazirinin rəhbəri Yoav Qalantla daimi təmasdadır.
"Beləliklə, nazir vurğulayır ki, bu münaqişədə müharibə qanununa hörmət edilməlidir. Qəzzada bir xəstəxanaya zərbə endirilməsi ilə bağlı məlumatlardan xəbərdaram, lakin vəziyyəti şərh etmək üçün hələ kifayət qədər məlumata malik deyiləm".
İsrail Müdafiə Nazirliyi bildirib ki, Qəzzada xəstəxanın vurulmasına görə məsuliyyəti "İslami Cihad" qruplaşması daşıyır.