Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2023 07:30
Əgər bu əlamətlər varsa, düşündüyünüzdən də artıq və güclü stress altındasız.
Sonxeber.net "Medicina"ya istinadən xəbər verir ki, mütəxəssislər xroniki stresin psixi sağlamlıqdan əlavə, bədən sağlığını da pozduğunu bildirir.
Alimlər stresin fiziki əlamətlərini açıqlayıb.
- Xroniki baş ağrısı - stress baş, boyun əzələlərinin spazmını yaradır ki, bu da ağrıya səbəb olur.
- Yuxusuzluq və enerjisizlik - bu daha çox işdən qaynaqlanır
- Cinsi istəyin azalması - qadınlar bundan daha çox əziyyət çəkir
- Dəri problemi - stresdə olan insan tez-tez çirkli əllərini üzünə sürtür, bu da dəri infeksiyası və sızanaqlara səbəb olur.
- Mədə problemləri - stress qastrit, qəbizlik, diareya, digər həzm problemlərinə səbəb olur.
- Saç tökülməsi - stresdən saçlar zərər görür.