Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2023 13:26
ABŞ Konqresinin həm Demokrat, həm də Respublikaçılar partiyasından olan 110 nümayəndə İranla bağlı ABŞ Prezidenti Co Baydenə məktub yazıblar.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Vaşinqton Post" məlumat yayıb.
Nümayəndələr İranın HƏMAS-a dəstək verdiyi üçün Baydeni bu ölkəyə yeni sanksiyaların tətbiqinə çağırıblar.
Məktubda bildirilir ki, İran HƏMAS və digər islamçı terror qruplaşmalarının maliyyələşdirilməsində daimi roluna görə tam cavabdehliyə məcbur edilməlidir.