Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2023 13:46
Ermənistanın Baş naziri Nikol Paşinyan fəal şəkildə Ukrayna Prezidenti Vladimir Zelenskinin yolunu davam etdirir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə TASS-a Moskvadakı yüksək vəzifəli mənbə bildirib.
"Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını, xüsusən də Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı dediklərini tamamilə məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndiririk. Moldovanı "Ukrayna nömrə 2" hesab etsək, Ermənistanı necə "Ukrayna nömrə 3"-ə çevirməyə çalışdıqlarını görürük, Paşinyan isə Vladimir Zelenskinin addımları ilə gedir", - mənbə vurğulayıb.
Qeyd edək ki, oktyabrın 17-də Avropa Parlamentində çıxışı zamanı Paşinyan bildirib ki, Ermənistanın təhlükəsizlik müttəfiqləri Qarabağ ətrafındakı vəziyyət fonunda açıq şəkildə ölkədə hakimiyyət dəyişikliyinə çağırış ediblər.
----------
12:37
Moskva Ermənistanın Baş naziri Nikol Paşinyanın dünən Avropa Parlamentindəki çıxışını təxribat kimi qiymətləndirir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə TASS Moskvadakı yüksək çinli mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Paşinyan böyük addımlarla Zelenskinin yolu ilə gedir.