Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2023 17:36
Qadın futbolçular arasında Türkiyə Superliqasında VII turun oyunları keçirilib.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, tur çərçivəsində azərbaycanlı baş məşqçi Siyasət Əsgərovun çalışdırdığı "Fomget" "Fənərbaxça"nın qonağı olub.
Təmsilçimizin komandası matç 1:0 hesablı qələbə ilə başa vurub. Görüşün başa çatmasına 5 dəqiqə qalmış Olqa Ovdiyçuk fərqlənib.
Nəticədə 7 oyundan sonra xalını 21-ə yüksəldən "Fomget" Superliqanın vahid liderinə çevrilib.
Qeyd edək ki, Siyasət Əsgərov, eyni zamanda Azərbaycanın qadınlardan ibarət milli komandasının baş məşqçisidir.