Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2023 21:28
NATO ölkələri regionda sualtı infrastrukturun zədələnməsindən sonra Baltik dənizində patrulların sayını artırır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə alyansın press-relizində deyilir.
"Gücləndirilmiş tədbirlərə əlavə müşahidə və kəşfiyyat uçuşları, o cümlədən dəniz patrul təyyarələri, AWACS təyyarələri və dronlardan istifadə daxildir", - mətndə deyilir.
Qeyd olunur ki, NATO Baltik dənizindəki müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi addımları atacaq.