Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təlim vaxtı səhvən turist gəmisi atəşə tutuldu

Təlim vaxtı səhvən turist gəmisi atəşə tutuldu

Tarix: 21 Oktyabr 2023 08:02

Tayvan Silahlı Qüvvələri Yilan qəzasının sahillərində artilleriya atəşi zamanı göyərtəsində 34 nəfərin olduğu mülki əyləncə gəmisini təsadüfən zədələyib.

Milli.Az report-a istinadən xəbər verir ki, beş ekipaj üzvü və 29 turistin olduğu gəmi təsadüfən sahil mühafizəsi tərəfindən qorunmayan hərbi təlimin keçirildiyi əraziyə daxil olub. Mərmilərdən biri gəminin ön hissəsinə dəyib, onun yüngül zədələnməsinə səbəb olub.

Gəmidə olanlardan heç biri xəsarət almayıb. Ekipaj hadisə barədə sahil mühafizəsinə məlumat verib və gəmi dərhal təlim zonasını tərk edərək limana yollanıb. Mülki gəmi təxminən 40 dəqiqə naviqasiya üçün qapalı ərazidə olub və bütün bu müddət ərzində aşkar olunmayıb.

Tayvanın Müdafiə Nazirliyi hadisəni təsdiqləyib. Qeyd olunub ki, hərbçilər ərazidə artilleriya atəşinin aparılacağı ilə bağlı xəbərdarlıq dərc ediblər. Təlim başlamazdan əvvəl su ərazisi radarla yoxlanılıb, lakin ərazidə heç bir xarici gəmi aşkar edilməyib.

Milli.Az


Etiketlər:  Təlim vaxtı səhvən turist gəmisi atəşə tutuldu


RƏYLƏR