Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbul derbisi bu ölkədə keçiriləcək - Rəsmi

İstanbul derbisi bu ölkədə keçiriləcək - Rəsmi

Tarix: 21 Oktyabr 2023 10:58

Türkiyə superkubokunun oyununun keçiriləcəyi ölkə müəyyənləşib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiyasının yaydığı açıqlamada bildirilib. Son çempion "Qalatasaray"la kubokun qalibi "Fənərbaxça" arasında keçiriləcək qarşılaşma Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində (Al-Awwal Park Arena) təşkil olunacaq. Matç dekabrın 30-na təyin edilib. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. 

Qeyd edək ki, bu günlərdə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi Azərbaycan tərəfinin də bu matça ev sahibliyi etmək istədiyini bildirib. Lakin o, bu oyunu qəbul etmək üçün "Azərbaycanda pul olmadığını" deyib.


Etiketlər:  İstanbul derbisi ölkədə keçiriləcək Rəsmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ