Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Keçmiş baş nazir sürgündən sonra ölkəsinə qayıdır

Keçmiş baş nazir sürgündən sonra ölkəsinə qayıdır

Tarix: 21 Oktyabr 2023 16:34

Pakistanın keçmiş baş naziri Navaz Şərif dördillik siyasi sürgündən sonra ölkəyə qayıdır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, Londonda dördillik mühacirət həyatına son qoyub və yanvarda keçiriləcək parlament seçkisi ərəfəsində seçicilərin dəstəyini qazanmaq üçün Dubaydan xüsusi təyyarə ilə ölkəyə qayıdır.

Şərifin şərqdəki Lahor şəhərində ölkəyə qayıdışı münasibətilə kütləvi mitinqdə çıxış etməsi gözlənilir.

"Dörd ildən sonra Pakistana gedirəm və Allaha şükür, özümü çox xoşbəxt hiss edirəm", - deyə Şərif Dubaydan İslamabada yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Navaz Şərif istefa verdikdən iki il sonra, yəni 2019-cu ildə rüşvət ittihamı ilə məhkum olunduqdan sonra Pakistanı tərk edib.

Milli.Az


Etiketlər:  Keçmiş baş nazir sürgündən sonra ölkəsinə qayıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ