Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2023 19:44
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında hərbi obyektlərə zərbələr endirmək üçün "Steel Sting" (Polad Neştər) minaatan mərmisindən istifadə etdiyini bildirib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə hərbi idarənin "Telegram" kanalında məlumat yayılıb.
Bildirilib ki, Magellan xüsusi dəstəsinin qırıcıları ilk olaraq bu mərmidən HƏMAS-ın İsrail ərazisinə ardıcıl raket buraxan obyektinə hücum edərkən istifadə ediblər .
"Steel Sting"in iki hədəfli minaatan bombası olduğu dbildirilir. O, mülki şəxslərin vurulma riskini azaldaraq, məskunlaşan ərazilərdə düşmən hədəflərini dəqiq vurmağa imkan verir.