Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Silahlılar Suriyanın hökumət qüvvələrini atəşə tutublar

Silahlılar Suriyanın hökumət qüvvələrini atəşə tutublar

Tarix: 1 Noyabr 2019 23:44

Bakı. Trend:

Ötən sutka ərzində silahlı qruplaşmalar Suriyanın hökumət qüvvələrini atəşə tutublar.

Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Yuri Borenkov bildirib.

Y. Borenkov qeyd edib ki, qanunsuz silahlı qruplaşmalar Suriyanın Hələb, İdlib, Latakiya və Hama əyalətlərinin yaşayış məntəqələrini 14 dəfə atəşə tutublar.

Onun sözlərinə görə, silahlı qruplaşmalar Latakiya əyalətinin Akko, Tel-Raşa və Zuveykat yaşayış məntəqələrindəki hökumət qüvvələrinin mövqelərini atəşə tutublar.

General-mayor bildirib ki insidentlər nəticəsində xəsarət alan olmayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Silahlılar Suriyanın hökumət qüvvələrini atəşə tutublar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ