Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nə edək ki, zinadan da pis əməldən qaça bilək?

Nə edək ki, zinadan da pis əməldən qaça bilək?

Tarix: 24 Oktyabr 2023 00:00

Nə edək ki, zinadan da pis əməldən qaça bilək?Qeybət - kəbirə (böyük) günahlardan biridir ki, yerinə yetməsi ancaq dil vasitəsilə olmur, o cümlədən, yazmaq, işarə etmək və məqsədi başa salan hər bir əməl qeybət əməli hesab olunur.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim möminin qeybətini o şeylə edər ki, həmin şey mömində olmaz, Allah Təala bu iki nəfəri behiştdə (bir yerdə) cəm etməz (biri cəhənnəmlik olar). Qeybət edən həmişə əzabda qalacaqdır".

Bəs nə edək ki, zinadan da pis əməl sayılan qeybətdən qaça bilək?

1. Düzgün yoldaş seçməyi bacarmaq. Əgər həqiqətən qeybətdən uzaq olmaq istəyiriksə, gərək oturub-durduğumuz insanlara diqqət edək.
Dualarımızda Allahdan istəyək ki, bizi bütün günahlardan, xüsusilə də haqqun-nasdan uzaq saxlasın. Əgər elə bir məclisdə olduq ki, orada qeybət ab-havası olar, ya oranı tərk edək, ya da Allaha dua edək - belə ki, duanın nuraniyyəti bizi günahdan saxlayacaqdır.

2. İnsanların pisliklərini unutmağa çalışaq. Hər nə qədər insanların pis əməllərini zehnimizdə saxlayırıqsa, pis əməlləri haqqında daha çox düşünürük. Qəlbimizdə ona qarşı kini böyüdürük. Kinə malik olmaq özü də böyük günahdır və başqa günahlar üçün, xüsusilə də qeybət üçün amilə çevrilir.

3. Mövzunu dəyişək. Qeybət edən insanın diqqətini başqa bir mövzuya çəkərək, ondan uzaq olmaq olar. Bu zaman etdiyi qeybəti unudacaq və məclisi günahdan xilas edəcəkdir.

4. Qeybətin ziyanlarını yada salaq. Həzrət Peyğəmbər (s) buyurur: "Qeybət möminin dininə, bədəninə düşən xoradan daha tez təsir edər". Yadda saxlayaq ki, qeybət cəhənnəm itlərinin yeməyidir və səbəb olar ki, qeybət edənin yaxşı əməlləri qeybət olunanın əməl dəftərinə keçsin. Və əksinə - onun günahları isə qeybət edənin əməl dəftərinə yazılsın.

5. Allahı həqiqətən də razı salmağa çalışaq. Bir çoxlarımız adətən dilimizdə deyirik ki, bizim üçün Allahı razı salmaqdan mühüm bir əməl yoxdur. Ancaq o zaman ki, əməl meydanına daxil oluruq, bu sözümüzü unuduruq. Hər kim həqiqətən Allahın razılığını qazanmaq istəyirsə, gərək Onun buyurduğu günahlardan uzaqlaşa bilsin. İmam Sadiq (ə) buyurur: "Əgər salamat qalmaq istəyirsənsə, Allahı yada sal, nəinki Allahın xəlqini. O zaman qeybət etmək yerinə, ibrət götürərsən və günah yerinə, savab edərsən".

6. Məclisi tərk edək. Əgər məclisdəki mövzunu dəyişdirə bilmiriksə, o zaman yaxşı olar ki, oranı tərk edək.


Etiketlər:  edək zinadan əməldən qaça bilək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ