Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xoş ətirli, dağ bitkisi - Min bir xeyri haqqında faktlar

Xoş ətirli, dağ bitkisi - Min bir xeyri haqqında faktlar

Tarix: 24 Oktyabr 2023 07:09

Elə bitkilər var ki, min bir dərdin dərmanıdır. Biz bəzən ya o bitkiləri tanımırıq, ya da ki haqqında məlumatsız oluruq. Dağlardan yığılaraq ölkənin hər bir bölgəsində istifadə olunan bitkilərdən biri də uşqundur. Uşqunun bir çox sağlamlıq faydaları var.

Milli.Az Sağlamolun.az-a istinadən uşqun bir çox müalicəvi sirlərini araşdırıb:

Bitkinin tərkibi mineral və vitaminlərlə olduqca zəngindir.

Ondan xalq arasında şəkər, xərçəng, ürək xəstəliklərində, immun sistemin möhkəmləndirilməsində, orqanizmdə xolesterolun səviyyəsinin aşağı salınmasında istifadə olunur.

Həzm prosesinin yaxşılaşdırılmasında çox faydalıdır.

Uşqunun çiçəkləri isə başqa bir aləmdir. Çiçəkləri yığaraq gün düşməyən yerdə üzərini tənziflə örtərək qurudurlar. Çiçəklərdən dəmlənən çayın faydaları da danılmazdır.

Uşqun çiçəklərinin çayı dəmlənərək gündə bir stəkan içilərsə, mədə-bağırsaq və qaraciyər xəstəliklərindən əziyyət çəkən xəstələrə xeyli köməklik edir.

Milli.Az


Etiketlər:  Xoş ətirli dağ bitkisi Min bir xeyri haqqında faktlar


RƏYLƏR