Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Orqanizmə zərərli 3 salat

Orqanizmə zərərli 3 salat

Tarix: 25 Oktyabr 2023 05:18

Salatlar əslində sağlam qida hesab olunur. Amma Azərbaycan süfrəsinə keçmiş SSRİ və digər ölkələrdən keçən mayonezli salatlar var ki, toy, bayram süfrəsi onlarsız keçmir

Artıq hamımızın sevimlisinə çevrilmiş bu salatlar barədə həqiqətləri bilmək zamanıdır. Diyetoloqlar məhz bu salatları zərərli olduğuna görə düşmənə layiq bilir.

Sonxeber.net medicina.az-a istinadən  3 sevimli salatın zərərini təqdim edir.

1. Paytaxt salatı, Olivye

Yeni il gecələrinin əvəzolunmazı, toylarda ləyənlərlə hazırlanan, hamının çox yediyi salat.
Mayonez, xama, üstəlik duzlu xiyar, yaşıl duzlu noxud - eyni anda qanın və mədənin turşuluğunu artırır. Orqanizm üçün ciddi yükdür. Çox kalorilidr, tərkibində təbii məhsul azdır.

Şəkər, ürək xəstələri üçün zərərlidir. Damarları tıxayır. Qlikemik indeksi yüksəkdir. Uşaq həzm sistemi üçün dözülməz yükdür. Köp, qaz yaradır, bu salatdan sonra bağırsaqlarda ərzaqların çürüməsi çoxalır.

Zərərini azaltmaq üçün: mayonezi yağsız xama ilə əvəz etməli, kolbasa və əti mal ürəyi ilə əvəz etməli, duzlu qidaları çıxarmalı, duzunu az etməli.

2. Şuba salatı

Bişmiş kartof, çuğundur, kök - bunlar yüksək qlikemik indeksi olan və bir yerdə uyuşmayan qidalardır. Qanda şəkəri bir anda qaldırır, mədəaltı vəzi yükləyir.

Böyrəyində daş, qum olan, qanda sidik turşusu yüksək, podaqrası olanlara bu salat qadağandır.
Salatın içində duzlu balıq mədə turşusu, reflüksü artırır, mədəni qıcıqlandırır.

Çox duzlu salat ürəyi də yükləyir, bəzi insanlarda bu salatdan sonra ayaqlar şişə bilər.
Nə etməli: salatı duzlamayın, balığın altında bir qatla kifayətlənin, ikinci layı etməyin. Mayonezi azaldın, əvəz edin.

3. Mimoza

Konserv balıq istifadə olunduğu üçün təhlükəlidir. Ürək üçün ağır salatdır. Mədə və mədəaltı vəz üçün yükdür. Mayonez və konserv balıq ümumiyyətlə uyğun ərzaqlar deyil.

Yaxşı olar ki, konserv balığı adi təzə balıq filesi ilə əvəz edəsiz.

Kartofun isə nişastasını yuyub sonra istifadə edin. 


Etiketlər:  Orqanizmə zərərli salat


RƏYLƏR