Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"HƏMAS-ın tamamilə məhvinə yönəlik addımları tələb edirik"

Tarix: 25 Oktyabr 2023 08:42

"HƏMAS-ın nizamnaməsi açıq şəkildə İsrail dövlətinin məhvini və ləğvini tələb edir".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında keçirilən yüksək səviyyəli İsrail-Fələstin sessiyasında çıxışı zamanı deyib.

HƏMAS-ın İsrailə qarşı hücumlarında 220-dən çox israillinin girov götürüldüyünü qeyd edən nazir Beynəlxalq Qızıl Xaç Komitəsi əsirlərin azad olunmasına müdaxilə etməsini istəyib: "Biz Beynəlxalq Qızıl Xaç Komitəsindən bütün girovların qeyd-şərtsiz azad edilməsi üçün çağırış edirik. Körpələr, yaşlılar öz evlərindən, ailələrindən vəhşicəsinə əsir alınıb və onların hazırki taleyi məlum deyil. Qətərin HƏMAS liderlərini maliyyələşdirib sığınacaq verdiyini hamımız yaxşı bilirik. BMT-yə üzv bütün ölkələrə səslənirəm ki, Qətər bu girovların azad edilməsini təmin edə bilər və bunun üçün bütün ölkələr çağırış etməlidir".

Nazir bildirib ki, oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı törədilən hücumlarda iştirak edən 1 500-dən çox HƏMAS və "İslami cihad" qruplaşmasının üzvü İsrailə sızıb. İsrailin Qəzzaya hücumları ilə bağlı mülki vətəndaşların müdafiəsi ilə bağlı beynəlxalq çağırışlara toxunan nazir, beynəlxalq təşkilatdan HƏMAS-ın tamamilə məhvinə yönəlik addımların atılmasını tələb edib.

E.Koen həmçinin ABŞ, bu ölkənin Prezidenti Cozef Bayden və dövlət katibi Antoni Blinkenə İsrailin yanında olduqlarına görə təşəkkür edib.

Milli.Az


Etiketlər:  HƏMAS ın tamamilə məhvinə yönəlik addımları tələb edirik


RƏYLƏR