Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Amerikalı ekspert: “Fransa uzağı dişsiz qətnamələr qəbul etməyə qadirdir”

Amerikalı ekspert: “Fransa uzağı dişsiz qətnamələr qəbul etməyə qadirdir”

Tarix: 25 Oktyabr 2023 11:06

"Fransa siyasi əhəmiyyəti olmayan Avropa Parlamenti vasitəsilə uzağı dişsiz qətnamələr qəbul etməyə qadirdir".

Bu fikri "Report"a açıqlamasında amerikalı jurnalist, təhlükəsizlik üzrə analitik, hüquqşünas İrina Zukerman səsləndirib.

Onun sözlərinə görə, Fransa daha çox öz kommersiya maraqlarından çıxış edir: "Fransanı, əsasən, öz kommersiya maraqları, erməni diasporu, Ermənistanın himayədarı kimi Rusiyanı əvəz etmək istəyi, ermənipərəst mövqeyinin tarixi, Qərbi Afrikadan qovulma nəticəsində itirilən nüfuzunu geri qaytarmaq zərurəti və siyasi opportunizm idarə edir. Ermənilər bahalı fransız texnikalarını almağa qadir olmadıqları, Fransa isə ən müasir silahlarını Ukraynaya göndərdiyi və hazırda bölüşəcək heç nəyi qalmadığı üçün Fransa-Ermənistan əməkdaşlığının praktiki faydası yoxdur. Fransa hazırda əlavə bazarlar axtarır və Ermənistan Qərbdəki erməni lobbiçilərinin nağılları nəticəsində müharibəyə hazırlaşmağa sövq edilir".

İ.Zukerman Fransa və Ermənistan arasında imzalanan müqavilələrin kağız üzərində qaldığını vurğulayıb: "Mən Ermənistanın İranla davam edən təhlükəsizlik əməkdaşlığından daha çox narahat olardım, çünki o, Fransadan fərqli olaraq, tamamilə Bakıya qarşı proksi münaqişənin irəliləməsində maraqlıdır. Fransa isə uzağı siyasi əhəmiyyəti olmayan Avropa Parlamenti vasitəsilə dişsiz qətnamələr qəbul etməyə qadirdir. Fransa və Ermənistan arasındakı ikitərəfli sazişlərin heç biri Avropa İttifaqının Azərbaycanla silah ticarətinə və ya başqa ölkələrin Azərbaycanla birgə gördüyü işlərə təsir göstərmir".


Etiketlər:  Amerikalı ekspert Fransa uzağı dişsiz qətnamələr qəbul etməyə qadirdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ