Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2023 13:56
İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ın komandirlərindən biri, hərəkatın dəniz qüvvələrinin rəhbəri vəzifəsində çalışmış Təyyassir Mübəşiri öldürdüyünü açıqlayıb.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə IDF öz teleqram kanalında məlumat yayıb.
Qeyd olunur ki, o, vaxtilə HƏMAS-ın dəniz qüvvələrinin komandanı olub.
İsrail ordusunun məlumatına görə, Mübəşir "Əl-Qəssam briqadaları" qruplaşmasının komandiri Məhəmməd Əd-Deyfin qohumudur.
Məlumata görə, o, İsrailə qarşı hücumlara nəzarət edib.
Xatırladaq ki, oktyabrın 7-də İsrailə qarşı kütləvi raket zərbəsi endirilib. Radikal HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Buna cavab olaraq İsrail "Dəmir Qılınclar" əməliyyatına başlayıb.