Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağalıya köçən sakin: Bu gündən yeni həyata qədəm qoyuruq

Ağalıya köçən sakin: Bu gündən yeni həyata qədəm qoyuruq

Tarix: 26 Oktyabr 2023 07:51

Mən Zəngilandan məcburi köçkün düşəndə 6 yaşında idim. Bu gün isə 37 yaşımda öz doğma yurduma qayıdıram. Bu günləri bizə yaşatdığı üçün Allaha şükürlər olsun.

Milli.Az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində doğma yurduna qayıdan Zəngilan rayonunun Ağalı kənd sakini Mərcanə Həsənova söyləyib.

O deyib: "Biz bundan sonrakı ömrümüzü Ağalıda firavanlıqla yaşamaq istəyirik. Bizə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarıq".

Doğulub boya-başa çatdığı yerlərə getdiyi üçün çox sevincli olduğunu bildirən M.Həsənova artıq ağrı-acıların bitdiyini, bu gündən yeni həyata qədəm qoyduqlarını vurğulayıb.

Milli.Az


Etiketlər:  Ağalıya köçən sakin Bu gündən yeni həyata qədəm qoyuruq


RƏYLƏR