Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2023 22:08
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin iranlı həmkarı Əli Bagiri ilə görüş zamanı Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.
"Cənubi Qafqazdakı vəziyyət əsaslı şəkildə müzakirə olunub. Tehranda keçirilmiş "3+3" platforması üzrə nazirlər görüşünün nəticələri nəzərə alınmaqla, regionda vəziyyətin sabitləşdirilməsi üçün çoxtərəfli sazişlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb", - deyə bildirilib.
Tərəflər həmçinin Mərkəzi Asiya ilə bağlı aktual məsələlər və Ukrayna münaqişəsi ətrafında fikir mübadiləsi aparıblar.