Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ən dəbli cütlüklərin - Siyahısı

Ən dəbli cütlüklərin - Siyahısı

Tarix: 28 Oktyabr 2023 06:50

"Daily Mail" nəşri ən dəbli on məşhur cütlüyün reytinqini dərc edib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, siyahıya Şahzadə Uilyamla həyat yoldaşı şəhzadə Keyt Middlton rəhbərlik edir. Adlar arasında müğənni Castin Biberlə xanımı, model Heyli Biber, keçmiş futbolçu Devid Bekhemlə həyat yoldaşı, modelyer Viktoriya Bekhem, Şahzadə Harri və xanımı Meqan Markl, müğənni Taylor Svift və sevgilisi, futbolçu Travis Kelsi də var.

Sıralama sosial şəbəkələrdə 5 milyondan çox post, həmçinin "google"dakı sorğular əsasında tərtib olunub. Nəticədə, Uilyam və Keyt ümumi 10 bal toplayıb. Onların tərzinə olan maraq dünyada hər hansı digər cütlükdən 94% yüksək olub.

İlk üçlükdə Heyli və Castin Biber, Kendall Cenner və Bad Banni yer alıb. Dördüncü yerdə Taylor və Travis , beşinci yerdə isə Harri və Meqan Markl qərarlaşıb. Siyahıda daha sonra müğənni Harri Staylsla sevgilisi Teylor Rassell, supermodel Cici Hadid və Koul Bennett (model hazırda Bredli Kuperlə görüşür), model Kayli Cenner aktyor sevgilisi Timoti Şalame, Devid və Viktoriya, Ariana Qrande və sevgilisi, aktyor Ethan Slaterin adları gəlir.


Etiketlər:  dəbli cütlüklərin Siyahısı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ