Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran təhdid etdi: Yeni cəbhələr açılacaq

İran təhdid etdi: Yeni cəbhələr açılacaq

Tarix: 28 Oktyabr 2023 17:32

Vaşinqtonun İsrailə tam dəstəyi ABŞ-a qarşı yeni cəbhələrin açılmasına səbəb ola bilər.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

"Birləşmiş Ştatlar başqalarına təmkin göstərməyi tövsiyə edir, lakin özü İsrailə tam dəstək verir. Əgər ABŞ əməllərinə davam edərsə, ona qarşı yeni cəbhələr açılacaq", - o, "Blumberq"ə müsahibəsində bildirib.

Nazir vurğulayıb ki, münaqişənin kəskinləşməsi Qəzza zolağının əhalisinin daha çox ölümünə səbəb ola və nəticədə bütün regionda vəziyyət nəzarətdən çıxa bilər:

"Yeni cəbhələrin açılması qaçılmazdır və bu, İsraili öz hərəkətlərinə peşman edəcək. Vəziyyət partlayış ərəfəsindədir. Hər şey mümkündür, istənilən cəbhə açıla bilər".

O qeyd edib ki, İran Suriyaya və regionun digər bölgələrinə yeni qoşun göndərməyib:

"Amma biz baş verənləri təkcə seyr etmirik. İran İslam Respublikası öz milli maraqlarına uyğun hərəkət edəcək".


Etiketlər:  İran təhdid etdi Yeni cəbhələr açılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ