Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Başgicəllənmənin dərmanı - 2 vitamin

Başgicəllənmənin dərmanı - 2 vitamin

Tarix: 30 Oktyabr 2023 00:45

Cənubi Koreya alimləri xoşxassəli paroksizmal başgicəllənmədən xilas olmaq üçün effektiv vasitə tapıblar.

Sonxeber.net Medicina.az-a istinadən xəbər verir ki, vestibulyar aparatın ən geniş yayılmış problemi olan başgicəllənmə yataqdan qalxanda baş verir.

Alimlər bu xəstəliyi olan 957 nəfəri təcrübəyə alıb, onların bir qrupuna gündə 2 dəfə D vitamini və kalsium verilib, digər qrupa isə placebo - yəni dərman olmayan boş tablet. 2 həftə sonra birinci qrupda başgicəllənmə hallarının 25% azaldığı təsdiq olunub.

Alimlər bunu müalicədə böyük irəliləyiş hesab edir, halbuki bu xəstələr belə effekti çoxsaylı xəstəxanaya gedişlərlə və dərmanlarla əldə edirdilər.

Bu araşdırma göstərdi ki, kalsium və D vitamininin birgə qəbulu ilə ucuz və asan metodla başgicəllənmələri müalicə etmək olar.


Etiketlər:  Başgicəllənmənin dərmanı vitamin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ