Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sergey Melikov: Dağıstanda sabitliyi pozanlar bu ölkədə cəmləşib

Sergey Melikov: Dağıstanda sabitliyi pozanlar bu ölkədə cəmləşib

Tarix: 30 Oktyabr 2023 10:08

Dağıstan Respublikasında sabitliyi pozmaq cəhdləri xaricdən, o cümlədən Ukraynayönümlü "Telegram" kanalları tərəfindən edilir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə respublikasının rəhbəri Sergey Məlikov bildirib.

"Dağıstanda sabitliyi pozmaq cəhdləri, o cümlədən etnik ədavətin və dinlərarası problemlərin qızışdırılması ilə bağlı qadağan olunmuş üsullardan istifadə bizim düşmənlərimiz, ölkəmizin əleyhdarları tərəfindən həyata keçirilir", - o deyib.

Məlikovun sözlərinə görə, rayon sakinlərini mitinqlərə çağıran "Telegram" kanallarından biri xaricdən idarə olunur.

"Bu gün biz tamamilə etibarlı məlumat aldıq ki, "Dağıstanın səhəri" kanalı Ukrayna ərazisindən - satqınlar, banderaitlər tərəfindən idarə olunur və tənzimlənir", - deyə respublika rəhbəri əlavə edib.

O, həmçinin əlavə edib ki, Mahaçqala hava limanında iğtişaşlar nəticəsində iki polis əməkdaşı yaralanıb.

Milli.Az


Etiketlər:  Sergey Melikov Dağıstanda sabitliyi pozanlar ölkədə cəmləşib


RƏYLƏR