Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2023 20:46
Tikintisi 1998-ci ildə başa çatdırılan Beynəlxalq Kosmik Stansiya (BKS) artıq gözlənilən çalışma müddətini keçib. İlkin olaraq stansiyaya 15 illik xidmət müddəti təyin edən NASA tədqiqatçıları BKS-ni təhlükəsiz şəkildə məhv etməyin yollarını axtarır.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Kosmik Agentliyin Aerokosmik Təhlükəsizliyi Məsləhət Şurasının (ASAP) keçirilən iclasında rəsmilər stansiyanın atmosferə nəzarətsiz şəkildə girəcəyi təqdirdə insanların üzərinə düşə biləcəyindən qorxduqlarını bildiriblər. İclasda qeyd olunub ki, stansiyanı orbitdən çıxarmaq üçün xüsusi kosmik yedək tikmək lazımdır.
"BKS-nin ömrünün sonunun çatacağı gün qaçılmazdır. O günü müəyyən edə bilməyə bilərik. Stansiyanın orbitini nəzarətsiz şəkildə tərk etməsinə icazə verməyimiz ağlasığmazdır",- deyə ASAP prezidenti Patrisiya Sanders deyib.
"Stansiya çox böyükdür və Yer kürəsinin böyük bir hissəsində insanlar üçün həddindən artıq təhlükə yaradacaq" deyən Sanders, "Əgər fəlakətin qarşısını almaq istəyiriksə, onun üçün indi başlamaq lazımdır",- deyə əlavə edib.
Kosmik gəminin orbitdən çıxması NASA üçün yeni bir şey deyil.
Bununla belə, BKS-nin ölçüsü daha böyük risk yaradır və daha çox həssaslıq tələb edir.