Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2025 19:48
Bəzi qidaların davamlı şəkildə istehlakı böyrəkdaşı riskini artırır.
Sonxeber.net xəbər verir ki, həkimlərin sözlərinə görə xüsusilə oksalatla zəngin məhsullar, yəni ispanaq, çuğundur, rəvənd, qoz-fındıq və şokolad bu baxımdan təhlükəlidir.
Bundan başqa, gündəlik duz norması aşılarsa, sidikdə kalsium səviyyəsi yüksəlir ki, bu da daş əmələ gəlməsinə səbəb ola bilər. Qırmızı ət, balıq və daxili orqan ətlərinin həddindən artıq istifadəsi də sidik turşusunun artmasına yol açır.
Mütəxəssislər qazlı içkilərdə və hazır qidalarda olan fruktozanın da böyrək sağlamlığına mənfi təsir etdiyini bildirirlər. Süni C vitamini əlavələri və şəkərli qidalar da risk qrupuna daxil edilir.
Qeyd edək ki, böyrəkdaşı problemi olan şəxslər həkim məsləhəti olmadan pəhriz dəyişikliklərinə başlamamalıdır. Daşın növünə görə qidalanma fərqli ola bilər.