Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəngdən uşaq ölümlərinin sayı niyə artır? - Alimlər səbəbini açıqladı

Xərçəngdən uşaq ölümlərinin sayı niyə artır? - Alimlər səbəbini açıqladı

Tarix: 1 Noyabr 2023 08:12

Son onilliklərdə Braziliya dünyanın əsas soya istehsalçısı və eyni zamanda, pestisidlərin başlıca istehlakçısına çevrilib. Əhalinin sağlamlığına potensial təsirləri ilə bağlı narahatlıqlara baxmayaraq, pestisidlərin, ümumilikdə, əhaliyə təsiri barədə məlumat çox azdır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, İllinoysdakı Urbana-Champaign Universiteti tərəfindən Denver Universiteti və Madisondakı Viskonsin Universiteti (ABŞ) ilə əməkdaşlıq çərçivəsində aparılan araşdırma Braziliyanın Amazon sahələrindəki soya əkini torpaqlarının genişlənməsi və pestisidlərin istifadəsinin artması ilə xərçəngdən uşaq ölümünün artması arasında əlaqə olduğunu sübuta yetirib.

PNAS jurnalında dərc edilən araşdırmanın aparıcı müəllifi Marina Skidmorun fikrincə, pestisidlər düzgün istifadə edilmədikdə bunun sağlamlıq üçün ciddi fəsadları ola bilər. O qeyd edib ki, kənd təsərrüfatı işçilərinin pestisidlə zəhərlənməsi hallarını sübuta yetirən sənədlər var. Kimyəvi maddələr yaxınlıqda yerləşən icmalarda yaşayan və kənd təsərrüfatı ilə məşğul olmayan işçilərin qan və sidik analizi nümunələrində aşkarlanıb. Bu isə sözügedən bitkinin becərilməsinin potensial olaraq təhlükəli şəkildə həyata keçirildiyini göstərir.

Tədqiqatçılar, pestisidlərin əhalinin sağlamlığına təsirlərini araşdırıblar. Bu zaman uşaqlara pestisidin təsirinin mövcudluğunu aşkar etmək üçün ən həssas əhali qrupu olaraq xüsusi diqqət yetiriblər. Xüsusilə, qan yolu ilə ötürülən və ən çox rastlanan kəskin limfoblastik leykoz (KLL) ölümlərini araşdırıblar. Tədqiqatçılar Amazon və Serrado bölgələrində sağlamlığa dair məlumat bazasını da təhlil ediblər. Bu zaman əsasən "kənd təsərrüfatı" bölgəsi kimi təsnif edilən ərazilər tədqiq olunub.

Serrado bölgəsində soya istehsalı 2000-2019-cu illərdə üç dəfə, Amazon bölgəsində isə 20 dəfə artaraq, 0,25 hektardan 5 milyon hektara yüksəlib.

2008-2019-cu illər arasında pestisidlərin təsiri nəticəsində KLL-dan 10 yaşadək, ümumilikdə, 123 uşağın öldüyü təxmin edilir. Hesabatlarda leykozdan həmin dövrdə ölən uşaqların ümumi sayı isə 226-dır.


Etiketlər:  Xərçəngdən uşaq ölümlərinin sayı niyə artır Alimlər səbəbini açıqladı


RƏYLƏR