Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2023 10:02
İraq və Suriyada yerləşən ABŞ hərbi bazaları oktyabrın 17-dən indiyədək 27 dəfə hücuma məruz qalıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi ABŞ Hərbi Hava Qüvvələrinin generalı Patrik Rayder jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
"Oktyabrın 26-da özünümüdafiə məqsədilə endirdiyimiz zərbələrdən sonra hərbi bazalarımıza daha altı kiçikmiqyaslı hücum olub. Üçü İraqda, üçü Suriyada. Hazırda ümumilikdə 27 hücum qeydə alınır: oktyabrın 17-dən bu yana 16 hücum İraqda, 11 Suriyada", - general qeyd edib.
O əlavə edib ki, son hücumlar zamanı itki olmayıb.