Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Muğan Bank”da kompensasiyaların ödənilməsinə bu tarixdə başlanacaq

“Muğan Bank”da kompensasiyaların ödənilməsinə bu tarixdə başlanacaq

Tarix: 1 Noyabr 2023 17:00

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-54/2023 nömrəli 24 oktyabr 2023-cü il tarixli qərarı ilə "Muğan Bank" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu adıçəkilən Bankın ləğvedicisi təyin edilmişdir. Həmçinin, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq "Muğan Bank" ASC-də sığorta hadisəsi günü 24 oktyabr 2023-cü il müəyyən edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, kompensasiyaların ödənilməsi 27 noyabr 2023-cü il tarixdən başlayaraq həyata keçiriləcək.

"Əmanətlərin sığoratalanması haqqında" Azərbaycan Respublikası Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Kompensasiyaların ödənilməsi üçün sənəd qəbulunun yeri barədə əlavə məlumat veriləcək.

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz.

Milli.Az


Etiketlər:  Muğan Bankda kompensasiyaların ödənilməsinə bu tarixdə başlanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ