Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2023 07:16
"İnter Mayami"nin ulduz futbolçusu , Lionel Messi Şimali Amerika Böyük Futbol Liqasında (MLS) mövsümün ən yaxşı oyunçusu adı uğrunda mübarizədə məğlub olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
"Atlanta"nın yunan hücumçusu Giorgos Yakumakis mövsümün ən yaxşı oyunçusu seçilib. Hücumçu MLS-də 27 matçda 17 qol vurub. Atlanta Şərq Konfransının turnir cədvəlində altıncı yeri tutdu və pley-offa vəsiqə qazandı.
"Sent-Luis"in alman hücumçusu Eduard Leuven də mükafata namizəd olub.
Oktyabrın 30-da argentinalı səkkizinci dəfə "Qızıl top"u qazanıb.
Messi 2022-ci ilin dekabrında Argentina yığması ilə dünya çempionu olub.