Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tarixdə İLK: Qadın qərargah rəisi oldu

Tarixdə İLK: Qadın qərargah rəisi oldu

Tarix: 3 Noyabr 2023 07:54

ABŞ Senatı ölkə tarixində ilk dəfə olaraq Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə qadını - admiral Liza Françetti təyin edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, o, həm də Birləşmiş Ştatlarda Birləşmiş Qərargah Rəislərində xidmət edən ilk qadın olub.

Bundan əvvəkl general Devid Elvin ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi idi.

Liza Françettinin namizədliyini 95 senator dəstəkləyib, 1-i əleyhinə çıxıb.

İyulun 21-də ABŞ Prezidenti Co Bayden Françettinin namizədliyini irəli sürdü, çünki "o, tarixdə ABŞ Hərbi Dəniz Qüvvələrində dördulduzlu admiral rütbəsinə yüksələn ikinci qadındır".

Milli.Az


Etiketlər:  Tarixdə İLK Qadın qərargah rəisi oldu


RƏYLƏR