Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Premyer Liqada “Zəfər turu” başlayır

Premyer Liqada “Zəfər turu” başlayır

Tarix: 3 Noyabr 2023 09:40

Bu gün Azərbaycan Premyer Liqasında 12-ci tura - "Zəfər turu"na start veriləcək.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun açılış matçında "Səbail"lə "Turan Tovuz" üz-üzə gələcəklər. Qarşılaşma "ASCO Arena"da baş tutacaq.

"Qarabağ" - "Kəpəz" və "Sumqayıt" - "Araz-Naxçıvan" oyunları sabah, "Qəbələ" - "Neftçi" və "Sabah"- "Zirə" görüşləri isə bazar günü keçiriləcək.

Azərbaycan Premyer Liqası
12-ci tur
3 noyabr

"Səbail" - "Turan Tovuz"
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Cəmil Quliyev, Rauf Allahverdiyev.
"ASCO Arena", 19:00.

Milli.Az


Etiketlər:  Premyer Liqada Zəfər turu başlayır


RƏYLƏR