Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək - Hakan Fidan

Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək - Hakan Fidan

Tarix: 3 Noyabr 2023 15:06

Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Astanada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

"Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın sürətlə institusionallaşması və dərinləşməsi bizi çox sevindirir. Orta Dəhlizin investisiya baxımından daha cəlbedici olması və Transxəzər ehtiyatlarının, xüsusilə Türkmənistan təbii qazının Türkiyə və Avropaya nəqli üçün səylərin göstərilməsi, bu baxımdan, çox vacibdir", - deyə o əlavə edib.

Bundan əlavə, H.Fidan Şimali Kiprdə türk xalqına qarşı tətbiq edilən ədalətsiz təcridin qarşısında birlik olmağa çağırış edib.

Milli.Az


Etiketlər:  Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək Hakan Fidan


RƏYLƏR