Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Üç nəfər öldü, biri zəhərləndi - Göbələyi bişirən həbs olundu

Üç nəfər öldü, biri zəhərləndi - Göbələyi bişirən həbs olundu

Tarix: 3 Noyabr 2023 19:28

İyulun 29-da Avstraliyanın Viktoriya əyalətinin Leonqata qəsəbəsində 3 nəfərin ölümünə və bir nəfərin zəhərlənməsinə səbəb olan nahar yeməyini təqdim edən 48 yaşlı Erin Patterson polis tərəfindən saxlanılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Patterson 3 cinayət və 5 cinayətə cəhddə ittiham olunub. Polis ona qarşı 3 cinayətə cəhd ittihamının 2021-2022-ci illər arasında ayrı-ayrı hadisələrlə əlaqəli olduğunu bildirib. Patterson sabah Morvell Məhkəməsində hakim qarşısına çıxarılacaq. Pattersonun iyulun 29-da mal əti və göbələklə hazırladığı naharı özü və uşaqları da yeyib. Yeməkdən dadan digər ailə üzvləri 70 yaşlı Geyl və Don Patterson, həmçinin onun 66 yaşlı bacısı Hizer Uilkinson və əri İan Uilkinson isə halı pisləşərək iyulun 30-da xəstəxanaya yerləşdirilib.

Geyl və Don Patterson, həmçinin Hizer Uilkinson bir neçə gün sonra xəstəxanada ölüblər. İan Uilkinson isə iki aylıq müalicədən sonra sağalıb.

Patterson özü və onun iki uşağına isə heç nə olmayıb. Qida ilə bağlı toksikoloji hesabatlar qurbanların zəhərli göbələklər qəbul etdiyini üzə çıxarıb.

Milli.Az


Etiketlər:  Üç nəfər öldü biri zəhərləndi Göbələyi bişirən həbs olundu


RƏYLƏR