Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2023 19:40
Kocaelinde keçirilən Mövlud mərasimində Atatürk, Cümhuriyyət və Türkiyə təhsil sistemi ilə bağlı çıxışı sosial mediada paylaşılan və reaksiyalara səbəb olan məscid imamı Mətn Özcan ittiham edilib.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, imam cəmiyyəti kin və düşmənçiliyə sövq etmək' və 'Atatürkü' 'təhqir etmək' ittihamı ilə həbs olunub.
Mətin Özcan çıxışı zamanı "Cümhuriyyətlə İslam alimlərinin asılmasına qərarlar verildi. Xilafətlər ləğv edildi, mədrəsələr bağlandı. Əlifbalar dəyişdirildi. Hər şeyi bilən müsəlmanlar heç nədən xəbərsiz oldular. Tarixi yaxşı oxuyun, araşdırın",-deyə bildirib.
O həmçinin valideynləri övladlarını məktəblərə göndərməklə heç nəyə nail olmayacaqlarını və onlara tədris keçən insanların heç də əxlaqlı şəxslər olmadığını bildirib.