Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putindən ŞOK: ''Seçimimiz yox idi, məcbur qaldıq...''

Putindən ŞOK: ''Seçimimiz yox idi, məcbur qaldıq...''

Tarix: 4 Noyabr 2023 11:26

Rusiya hərbi əməliyyatlara məcbur qaldı.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Rusiya Müsəlmanları Ruhani Məclisinin üzvləri ilə görüşü zamanı deyib.

O bildirib ki, Moskvanın başqa variantı qalmayıb:

"Silahı üzə çıxarmazdan əvvəl bunu düşünmək lazımdır. Başqa variantlar var idi? Xeyr, olmadı. Başqa seçimimiz yox idi. Çünki biz artıq hücuma məruz qalmışıq".

Putin Krımın ilhaqı ilə bağlı ukraynalı siyasətçiləri tənqid edib:

"2014-cü il çevrilişindən (Ukraynada xalq üsyanı) sonra onlar ekstremizmlə məşğul olmağa və Rusiyaya aid olan hər şeyi məhv etməyə başladılar. Bizə orada yaşayan insanların müdafiəsinə qalxmaqdan başqa heç nə edə bilməmək kimi bir seçim verdilər. Eyni şey daha sonra Donbass və Novorossiyada da baş verdi. Biz insanları bu nasist pisliyindən qorumalı idik".

Milli.Az


Etiketlər:  Putindən ŞOK Seçimimiz məcbur qaldıq


RƏYLƏR